Bakıda ağır ekran adamların üzərinə aşdı: Xəsarət alan var - VİDEO

Bakıda ağır ekran adamların üzərinə aşdı:

Bakıda keçirilən kütləvi tədbirlərin birində təhlükəli insident qeydə alınıb.

6-cı Paralel küçəsində təşkil olunan tədbir zamanı iri ölçülü LED ekran qəfil iştirakçıların üzərinə çöküb.

Şahidlərin sözlərinə görə, ağır konstruksiyanın yıxılması nəticəsində bir qadın ciddi xəsarət alıb. Hadisənin başvermə səbəbləri və xəsarət alanın vəziyyəti ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə məlumat verilməyib.



Bizim.Media

Mənbə: bizim.media