Təhsil sektorunun həyətindəki ağac binanın üstünə aşdı - Video

Təhsil sektorunun həyətindəki ağac binanın üstünə aşdı - Video

Mingəçevir şəhərində ağac yaşayış binasının üstünə aşıb.

Hadisə şəhərin Müslüm Maqomayev küçəsində qeydə alınıb.

Mingəçevir Şəhər Təhsil Sektorunun həyətindəki irigövdəli şam ağacı kökündən qırılıb və yaxınlıqdakı 3 mərtəbəli binanın üstünə düşüb.

Nəticədə mənzilə ciddi zərər dəyib.

Ev sahibi bildirib ki, əvvəllər bu ağacın təhlükəli olması barədə aidiyyəti qurumlara müraciət etsə də, tədbir görülməyib.

Ərazidən görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az