2027-də dünyanı nə gözləyir? - Baba Vanqadan qorxunc proqnoz

2027-də dünyanı nə gözləyir? -   Baba Vanqadan qorxunc proqnoz

Baba Vanqaya aid edilən 2027-ci il proqnozu yenidən gündəmə gəlib.

Proqnoza görə, 2027-ci ildə baş verəcək sirli xəstəlik və ya genetik təcrübə bəzi insanlarda fövqəlinsani xüsusiyyətlərin yaranmasına səbəb ola bilər.
İddiaya əsasən, hadisə çox sayda insana təsir etsə də, yalnız kiçik bir qrupda “super güclər” ortaya çıxacaq. Bu insanların fiziki cəhətdən dəyişəcəyi, qeyri-adi qabiliyyətlər əldə edəcəyi və ya transformasiyanın hansı formada baş verəcəyi isə məlum deyil.
2027-ci il üçün irəli sürülən iddialardan biri isə noyabr ayında böyük kosmik gəminin Yerə gələcəyi və idman tədbiri zamanı yadplanetlilərlə əlaqə qurulacağıdır.
Qeyd edək ki, Baba Vanqa COVID-19 pandemiyasını, 11 sentyabr hücumlarını və Şahzadə Diananın ölümünü proqnozlaşdırması ilə gündəmə gəlib.

Mənbə: www.bakupost.az