Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı

İspaniyanın Madrid şəhərinin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avropada yaşayan həmyerlimizin Feysbukda paylaşdığı təsvirlərdə Azərbaycan və Ermənistan bayraqları ilə təchiz olunmuş oyuncaq əsgərlər əks olunub.
Satışda olan bu dəst istifadəçilər arasında fərqli reaksiyalar doğurub və qısa zamanda diqqət mərkəzinə düşüb.

Mənbə: www.bakupost.az