Ağdaşın sabiq icra başçısı vəfat etdi

Ağdaşın sabiq icra başçısı vəfat etdi

Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Veyis Məmmədov dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, alim-pedaqoq, filologiya elmləri namizədi V.Məmmədov 80 yaşında vəfat edib.

O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri sayılırdı.

V.Məmmədov 1992-1993-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Mənbə: unikal.az