Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb. Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: publika.az