Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanıldı

Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanıldı

Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin etibarından sui-istifadə edərək onun maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb.

"Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etdiyi və ümumilikdə 15 min manat pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib".

Mənbə: publika.az