Rusiya prezidenti Vladimir Putinin ölkənin şərq bölgəsinə səfəri zamanı pələnglə qarşılaşmasını əks etdirən görüntülər yayılıb. Video tayqada çəkilib.
Ekskluziv görüntüləri "Rossiya" telekanalının jurnalisti Pavel Zarubin özünün "Telegram" kanalında paylaşıb.
Video avtomobildə Putinin təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən lentə alınıb. Görüntülərdə pələngin meşədən yola çıxması, Rusiya liderinin maşınının qarşısında bir neçə saniyə gəzərək yoxa çıxması əks olunub.
Qeyd edək ki, Putin Şərq İqtisadi Forumunun (VEF) plenar iclasında çıxışı zamanı da bu haqda danışmışdı. Rusiya dövlət başçısının sözlərinə görə, o, pələnglə Primorsk diyarının qubernatoru Oleq Kojemyakanın təşkil etdiyi tayqa səfəri zamanı qarşılaşıbmış.
Müəllif: Tural
Mənbə: publika.az