Kiyevin Darnitski rayonunda Rusiya PUA-sının qalıqları yolun hərəkət hissəsinə düşüb.
“Unian” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram kanalında məlumat verib.
O qeyd edib ki, hadisə nəticəsində Kiyevdə artıq 4 nəfər yaralanıb, 12 yaşlı qız da daxil olmaqla, 3 nəfər xəstəxanaya yerləşdirilib.
İki avtomobilə ziyan dəydiyi bildirilir.
Mənbə: apa.az