Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini   açıqladı

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.

Aparıcının “Şadlıq olsun” adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.
Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.
“Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar”, – deyə o bildirib.
Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube” platformasında təqdim ediləcək.
Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb.
Yasəmən, Bakupost

Mənbə: www.bakupost.az