Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikası vətəndaşı gömrük yoxlamasına cəlb edilib.
Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.
Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az