Nepalda məktəb direktoru 900 şagirdi seldən son anda xilas edib

Nepalda məktəb direktoru 900 şagirdi seldən son anda xilas edib

Nepalın Nuvakot rayonunda yerləşən məktəbin direktoru şəhəri su basmazdan cəmi 10 dəqiqə əvvəl 900 şagirdi təhlükəsiz əraziyə təxliyə edib.

Məktəbin direktoru Racendra Davadi BBC-yə müsahibəsində bir neçə dəqiqə ərzində təhlükə barədə xəbərdarlıq edən dörd zəng aldığını və bundan sonra uşaqları dərhal çıxarmaq qərarına gəldiyini bildirib.

O, şagirdlərə yüksəkliklərə qaçmağı tapşırıb, həmçinin uşaqların olduğu avtobusların ərazini tərk etməsi barədə göstəriş verib.

"Əgər cəld qərar verməsəydik, cəmi 10 dəqiqə geciksəydik, bu gün sizinlə danışa bilməyəcəkdik", - deyə direktor qeyd edib.

Yolların bağlanması və nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən bir çox müəllim və şagird xilasedicilər gələnə qədər iki gecə kömək gözləməli olub. Çayın digər sahilində yaşayanlar isə helikopterlərin köməyi ilə evlərinə çatdırılıb.

Xatırladaq ki, təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. Son məlumatlara əsasən, ən azı 919 nəfər həlak olub, 2 minə yaxın insan itkin düşmüş hesab olunur.

Mənbə: oxu.az