Türkiyənin Bursa vilayətində keçirilən sünnət toyundan sonra 367 nəfər zəhərlənmə şikayəti ilə həkimə müraciət edib.
Türkiyə mediasına istinadən xəbər verilir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
"Orhaneli xəstəxanasına və bir sıra digər tibb müəssisələrinə tədbirdə düyü ilə birlikdə toyuq əti yedikdən sonra zəhərlənən 367 vətəndaş müraciət edib", - deyə məlumatda bildirilib.
Müraciət edənlərdən 74-ü xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti artıq evə buraxılıb, 23 nəfər isə həkim nəzarətində qalır.
Hadisə ilə bağlı qida nümunələri götürülüb və araşdırmaya başlanılıb.
Mənbə: oxu.az