Rusiya yarış keçirilən kəndi bombaladı - Həlak olanlar var

Rusiya yarış keçirilən kəndi bombaladı -

Rusiya Xarkov vilayətində yarış iştirakçılarına raket zərbəsi endirib, üç nəfər həlak olub.

Bu barədə Ukrayna Milli Polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələri, ehtimal ki, “İskəndər-M” sistemindən Ukrayna Qəhrəmanlarının şərəfinə təşkil edilən turnirin keçirildiyi kəndə raket zərbəsi endirib. Hücum nəticəsində üç nəfər həlak olub.

Bu hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi – ölümlə nəticələnən vəzifə səhlənkarlığı ilə məhkəməyəqədər araşdırma başlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda lazımi sübutları toplayır.

Mənbə: publika.az