260 sərnişin daşıyan bərə batdı

260 sərnişin daşıyan bərə batdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində təxminən 260 sərnişin daşıyan bərə batıb.

Hadisə Girne şəhəri sahillərindən təxminən 4 mil aralıda baş verib.

Şimali Kipr Türk Respublikasının ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

"Günorta saatlarında Girne limanından yola düşən gəmi su alaraq yan tərəfə aşıb. Xilasetmə əməliyyatında sahil mühafizəsi qrupları və mülki müdafiə heyəti iştirak edir. Yüksək dalğalar vəziyyəti çətinləşdirir. Tələfatın qarşısını almaq üçün əlimizdən gələni edirik", - deyə nazir bildirib.

Mənbə: publika.az