Çexiyanın Vşen qəsəbəsi yaxınlığında ultrayüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.
"Idnes" xəbər portalına istinadən xəbər verilir.
"İkinəfərlik ultrayüngül təyyarədə tək olan pilot, təəssüf ki, həlak olub", - deyə məlumatda bildirilib.
Portalın məlumatına görə, təyyarə Vşen qəsəbəsi yaxınlığındakı aerodromdan havaya qalxdıqdan təxminən 10 saniyə sonra yerə düşüb. Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb.
Hadisənin səbəbləri araşdırılır.
Mənbə: oxu.az