Sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük milli matəm elan edilib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər ölüb, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var.
Gəmi kapitanı və 7 əməkdaş saxlanılıb.
Mənbə: publika.az