Nepalda dəhşətli daşqın: ölü sayı artır, 403 turist itkindir - VİDEO

Nepalda dəhşətli daşqın: ölü sayı artır, 403 turist itkindir -

Nepalda Bxote-Koşi çayında baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, 41 nəfər xəsarət alıb.

Ən çox ölüm halı Çitvandada qeydə alınıb. Belə ki, orada 64 cəsəd aşkarlanıb, Dhadinq rayonunda 27 nəfər, Navalparasidə isə 22 nəfər ölüb.

Təxminən 403 turist itkin düşüb, onlardan 341-i əcnəbidir.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatında 3,3 min polis əməkdaşı iştirak edir.

Mənbə: publika.az