Xəbər verdiyimiz kimi, Yevlax–Bərdə avtomobil yolunun kənarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində avtomobil yanıb.
Minik avtomobili yanacaq dolduran zaman qəfil alışıb.
Hadisəni kənardan görən bir nəfər təhlükənin ciddi olduğunu görüb dərhal müdaxilə edib. Belə ki, o, yanan maşını öz avtomobili ilə vuraraq yanacaq pompalarından uzaqlaşdırıb. Həmin anlar ətrafdakılar tərəfindən lentə alınıb.
Təhlükənin qarşısını alan Cavid Atakişiyev bildirib ki, etdiyi hərəkət risqli olsa da, o an yalnız daha böyük faciənin qarşısını almaq barədə düşünüb:
“Oturub çay içirdim, birdən partlayış oldu. Gördüm ki, maşını alov tutub, yandığı üçün yaxınlaşmaq olmurdu. Ağlıma gəldi ki, öz maşınımın arxası ilə vurub onu oradan çıxarım ki, məntəqəyə ziyan dəyməsin. Sonunu düşünən əvvəldən hərəkət edə bilməz. Anidən qərar verib bu addımı atdım. Buradakı çoxsaylı insanları düşünərək bunu etdim”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Mənbə: qafqazinfo.az