Rusiya Kiyev və Zaporojyeni vurdu: Ölənlər var - FOTO - VİDEO

Rusiya Kiyev və Zaporojyeni vurdu: Ölənlər var - FOTO - VİDEO
Rusiya Silahlı Qüvvələrinin Zaporojye şəhərinə ardıcıl avizərbələr endirməsi nəticəsində ölənlər və yaralananlar var.
Bu barədə "Unian" agentliyi Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.

"Beş nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb. Əfsuslar olsun ki, Zaporojyeyə edilən hücum nəticəsində zərərçəkənlərin sayı çoxalır", - deyə açıqlamada qeyd olunur.

Onun sözlərinə görə, Rusiya ordusu sənaye obyektlərini və infrastrukturu hədəfə alıb, qeyri-yaşayış binalarına ziyan dəyib.

"Yaşayış evləri, qeyri-yaşayış tikililəri zədələnib, elektrik enerjisi kəsilib və yanğınlar qeydə alınıb", - deyə o bildirib.

Bundan əlavə, gecə vaxtı Kiyev istiqamətinə də ballistik raketlər atılıb.

Kiyev Şəhər Administrasiyasının məlumatına əsasən, Şevçenko rayonunda anbar sahələrində yanğın başlayıb. Bir nəfərin xəsarət aldığı bildirilir.

Mənbə: oxu.az