Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Bəşər Əsədin əmisi oğluna da ölüm hökmü verildi

Dəməşq məhkəməsi Suriya ordusunun keçmiş briqada generalı, sabiq prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcib barəsində ölüm hökmü çıxarıb.

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Atef Nəcib 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi zamanı Dəra əyalətində siyasi təhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsində çalışıb. O, bölgədə repressiyaların həyata keçirilməsində, etirazçıların saxlanılmasında və onlara işgəncə verilməsində, həmçinin Əl-Öməri məscidində baş verən qırğında iştirak etməkdə ittiham olunub.
Məhkəmə Nəcibi irəli sürülən ittihamlar üzrə təqsirli bilərək barəsində ən ağır cəzanın tətbiqinə qərar verib.
Qeyd edək ki, avqustun 11-də Suriya məhkəməsi Bəşər Əsədi də qiyabi olaraq ölüm cəzasına məhkum edib. Keçmiş prezident insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.

Mənbə: www.bakupost.az