Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən var

Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"a istinadla xəbər verilir ki, hadisə zamanı "Shachman" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az