Trampın səs yazısı üzə çıxdı: “Moskva və Pekini bombalayacam!” – VİDEO

Trampın səs yazısı üzə çıxdı: “Moskva və Pekini bombalayacam!” –

ABŞ Prezidenti Donald Trampın 2024-cü ilə aid səs yazısı ortaya çıxıb.

Bununla bağlı CNN paylaşım edib.

Tramp seçki kampaniyasının sponsorları ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə söhbətlərindən söz açıb.

“Mən Putinə dedim ki, sən Ukraynaya girsən, Moskvanı bombalayacam. Başqa seçimim olmayacaq. O, mənə inanmadı. Bununla belə düşünürəm ki, Rusiya lideri 10 faiz bu ehtimalı nəzərə alıb”, – Tramp səsyazmasında deyib.

D.Tramp Çin sədrini də təhdid etdiyini bildirib:

“Si Cinpinlə görüşümdə dedim ki, Çin Tayvana hücum etsə, ABŞ Pekini də cəhənnəmə bombalayacaq. O, mənim dəli olduğumu düşündü. Cinpin də buna inanmadı”.

Əliyar Xəlil

Mənbə: globalinfo.az