İlham Əliyevdən BƏƏ prezidentinə hədiyyə

İlham Əliyevdən BƏƏ prezidentinə hədiyyə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Hədiyyə ümummilli lider Heydər Əliyev və BƏƏ-nin ilk prezidenti Şeyx Zayed bin Sultan Al Nahyan arasında 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində keçirilən tarixi görüşdən xatirə portreti olub.

Nuranə Abbasova


Mənbə: unikal.az