Putin özünü rəhmli göstərir, əslində isə... - Tramp

Putin özünü rəhmli göstərir, əslində isə... -

Rusiya Prezidenti Vladimir Putin hər zaman rəhmli davranmağa çalışır, lakin əslində çox yalan danışır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Bu müharibə (Ukrayna müharibəsi – red.) əslində olmamalı idi. Xeyli insan öldü, bu savaş bitməlidir. Putin bizə çoxlu cəfəngiyyat danışır. O, hər zaman özünü rəhmli göstərir, amma bu, heç bir məna kəsb etmir”, - deyə Ağ Ev rəhbəri bildirib.

Mənbə: axar.az