“Bu gün Moskvanın Vnukovo hava limanından havaya qalxan Rusiya Xüsusi Uçuş Dəstəsinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyə hazırlaşır”.
Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan “VÇK-OGPU” teleqram kanalı məlumat yayıb.
Kanal iddia edir ki, təyyarədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov var. O, Azərbaycanla ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparmaq üçün Bakıya gəlib.
Eyni mənbə daha öncə də Moskvada Bakıya səfər edərək iki ölkə arasında münaqişənin qeyri-rəsmi həllinə nail olunması üçün xüsusi nümayəndə heyətinin hazırlandığını yazmışdı. Məlumata görə, Kreml nümayəndələri şəxsən Rusiya Prezidenti Vladimir Putinin mesajını Bakıya çatdıracaq, həmçinin iki ölkədə həbs olunan vətəndaşların mübadiləsi də təklif edilə bilər.
Mənbə: globalinfo.az