ABŞ avqustun 1-dən Qazaxıstandan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiqinə qərar verib.
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Tramp "Truth" hesabında Qazaxıstan prezidentinə ünvanlanmış məktubun mətnini paylaşıb.
Məktubda qeyd olunub ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə rüsum dərəcəsini artıracaq.
Bu rüsum dərəcəsi də Astananın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.
Mənbə: apa.az