Meyxanaçı Yaşar Qafanlı açıqlaması ilə diqqət çəkib.
O, bəzi həmkarlarına iradını bildirib.
Mahnı ozuyan söz ustalarını hədəf alan Qafanlının sözləri müzakirələr yaradıb:
"Bəzi meyxanaçıları demişəm. Namiq Qaraçuxurlu, Orxan Lökbatanlı, Vasif Əzimov, Pərviz Bülbülənin də oxumağı yaxşıdır. Türkanla əla duetləri var. Bəziləri toya oxuyan kimi gəlirlər. Görürlər ki, oxumaqdan pul qazanma bilmirlər, meyxanaya keçirlər. Üz tuturam həmin meyxana deyənlərə, kimə yaraşırsa, onlar oxusunlar. Yerindən duran hərə bir mahnı oxumaqla deyil də...
Balaəliyə mahnı oxumağı yaraşdırmıram. O, mənim dostum-qardaşımdır. And olsun ki, xətrini çox istəyirəm. Mənə də 300 manat borcu var, neçə vaxtdır vermir (gülür). Meyxanaçı kimi trenddə qayfiyələri var, amma oxumaq...".
Mənbə: publika.az