İranlı hökumət mollası Əhməd Müctəhid Tehrani türklər haqqında söylədiyi qalmaqallı fikirlərlə gündəmə gəlib
O, çıxışı zamanı “cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir” deyib.
Tehrani əlavə edib: “Mən bir az türkcə bilirəm. Təbrizə gedəndə mağazada ‘beş dənə yumurta ver’ deyirəm. Amma bir hədisimiz var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə, dili türkcə olur”.
İranlı mollanın bu çıxışı nə vaxt və harada etdiyi açıqlanmayıb. Lakin sosial mediada onun sözlərinə sərt reaksiya verilib.
Zaur, BakuPost
Mənbə: www.bakupost.az