"Qalatasaray" klubdan göndəriləcək futbolçuları müəyyən edib.
Məşqçi Okan Buruk bununla bağlı klub rəhbərliyinə hesabat təqdim edib. Məlumata görə, məşqçi 7 futbolçunun klubdan göndərilməsi üçün razılıq verib. “Milliyet” qəzetində dərc edilən xəbərə görə, heyətində 17 əcnəbi futbolçu olan “Qalatasaray” 7 əcnəbi futbolçunu heyətdən göndərməyə qərar verib.
Okan Burukun siyahısında Nikolo Zaniolo, Viktor Nelsson, Karlos Kuesta, Elias Jelert, Derrik Köhn, Alvaro Morata və Mathias Rossunun yer aldığı iddia edilib.
Mənbə: metbuat.az