Mbappe bu gün oynayacaq?

Mbappe bu gün oynayacaq?

"Real" klubunun baş məşqçisi Xabi Alonso klublararası dünya çempionatının 1/4 final mərhələsində Dortmund "Borussiya"sına qarşı keçiriləcəkləri oyun öncəsi komandanın hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gətirib.

İspaniyalı mütəxəssis fransalı futbolçunun xəstəlikdən sonra özünü daha yaxşı hiss etdiyini bildirib:

"Onun vəziyyəti yaxşılaşır. Hər gün bərpa olunur. Oyundan əvvəl qərar verəcəyik ki, start heyətində oynayacaq, ya yox. Bəzən son ana qədər açıq saxladığınız məsələlər olur və bu da onlardan biridir. Belə qərarları ilk olaraq futbolçular özləri eşitməlidirlər, mətbuatdan yox".

Qeyd edək ki, Kilian Mbappe klublararası dünya çempionatında debütünü 1/8 finalda "Yuventus"a qarşı oyunda etmiş və 68-ci dəqiqədə meydana çıxmışdı. O, bu qarşılaşmaya qədər kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Heybət

Mənbə: publika.az