“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
Bu barədə Musavat.com məlumat yayıb.
Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib.
Mənbə: qafqazinfo.az