Sarkisyan həbs olundu

Sarkisyan həbs olundu

"Ermənistan" fraksiyasından olan deputat Artur Sarkisyan həbs edilib.

Müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan verib. Müxalif deputat iki ay müddətinə həbs olunub.

Bir gün əvvəl Sarkisyan parlament baş prokurorun deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatətini təmin etdikdən dərhal sonra könüllü olaraq İstintaq Komitəsinə yollanıb.

Artur Sarkisyan “Müqəddəs Mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilib. Deputatın vəkilləri məlumat veriblər ki, Sarkisyanın lentə alınmış söhbətlərində dövlət çevrilişi və ya çevrilişə hazırlıqla bağlı hər hansı fikir yoxdur.


Mənbə: unikal.az