Pezeşkian Azərbaycanla bağlı bu məlumatı şayiə adlandırdı

Pezeşkian Azərbaycanla bağlı bu məlumatı şayiə adlandırdı

İran prezidenti Məsud Pezeşkian İsrailin guya Azərbaycan hava məkanından İslam Respublikasına qarşı hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu iddiaların rəsmi strukturlar tərəfindən təsdiqlənmədiyini vurğulayıb.

"Şayiələrin əksinə olaraq, qonşularımızla hərbi əməkdaşlıqdan əsər-əlamət yoxdur", - o qeyd edib.

Bundan əvvəl İran mediası və bəzi ermənipərəst ekspertləri Təl-Əvivin region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə edərək İrana zərbələr endirdiyini iddia etmişdilər.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az