Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın ikinci müddətə yenidən seçilmək şansı yoxdur, ona görə də o, bütün potensial rəqiblərini həbs etmək istəyir.
Bunu “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Stepan Danielyan Rusiya mətbuatına açıqlamasında deyib.
O qeyd edib ki, Qərb Rusiya ilə qarşıdurmaya görə Ermənistanın baş nazirinin “islahatlarını” dəstəkləyir.
"Bütün bunların siyasi əhəmiyyəti var. Kilsə Paşinyanın niyyətini həyata keçirməsinə mane olur", - Danielyan bildirib
Gülayə Mecid
Mənbə: unikal.az