Türkiyə hökumətində dəyişiklik olacaq? - Foto

Türkiyə hökumətində dəyişiklik olacaq? -

Türkiyənin bir sıra nəşrləri - “Nəfəs”, “Cümhuriyyət” qəzetləri və T24 xəbər portalı Prezident Rəcəb Tayyib Ərdoğanın hökumətdə 4 naziri dəyişməyi planlaşdırdığına dair materiallar dərc edib.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, Ərdoğanın Nazirlər Kabinetinin iclasında “Bəzi dostlarla son görüşümüz ola bilər” deməsi ilə bağlı iddiaların olduğu bildirilib.

Ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumatı təkzib edib.

“Bu tip məzmun ictimaiyyəti çaşdırmağa yönəlmiş açıq-aydın dezinformasiya fəaliyyətidir. Prezidentimiz Nazirlər Kabinetinin iclasında birmənalı olaraq belə bir açıqlama verməyib. Sözügedən iddialar heç bir konkret məlumata əsaslanmayan spekulyativ və manipulyasiya xarakterli bəyanatlardır”, - açıqlamada qeyd olunub.

Mənbə: qafqazinfo.az