İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ prezidenti Donald Trampın Tehranın amerikalı danışıqlarçılarla görüş tələb etdiyi iddiasını təkzib edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanat yayıb.
"Amerika tərəfi ilə görüş üçün heç bir sorğu almamışıq", - məlumatda əks olunub.
Daha əvvəl Tramp bildirmişdi ki, İran görüş istəyib. Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlar gələn həftə (14-20 iyul) baş tutacaq.
Mənbə: unikal.az