İran Prezidentin İnformasiya Mərkəzi Məsud Pezeşkianın Azərbaycana son səfərinə dair 100 saniyəlik video hazırlayıb.
İqtisadi Əməkdaşlıq Yəşkialtının (İƏT) Sammitində iştirak etmək üçün Qarabağa gəlmiş hökumət başçısı üzv ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlər keçirib. O cümlədən Pakistanın baş naziri, Tacikistan, Türkiyə və Azərbaycan prezidentləri ilə danışıqlar baş tutub.
Məsud Pezeşkianın Azərbaycan rəsmiləri ilə görüşlərində əsas diqqət iqtisadi, elmi və nəqliyyat əməkdaşlığına yönəlib. Prezident bu səfəri uğurlu və regional əlaqələrin möhkəmləndirilməsində mühüm addım hesab edib.
Mənbə: yenisabah.az