Tehran nüvə proqramını başlatmağa cəhd edərsə, İsrail İranla yenidən müharibəyə başlayacq. Ölkə bu məsələdə ABŞ-ın dəstəyinə ümid edir.
Bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ağ Evdə şam yeməyi zamanı Prezident Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu nüvə proqramı ilə bağlı gələcək addımları müzakirə edəcəklər. İsrail rəsmilərinin sözlərinə görə, onların baş naziri nüvə danışıqları üzrə mövqeləri koordinasiya etməyə və hərbi zərbələrin bərpası üçün mümkün ssenariləri nəzərdən keçirməyə çalışır.
Netanyahunun baş müşaviri Ron Dermer qapalı brifinqlərdə Vaşinqtona səfəri zamanı Tramp administrasiyasının müəyyən şərtlər daxilində İrana yeni zərbələri dəstəkləməyə meylli olacağı təəssüratının olduğunu bildirib. Mümkün səbəblərdən biri Tehranın zədələnmiş nüvə obyektlərindən yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxarmaq cəhdi ola bilər.
Mənbə: axar.az