Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq arzusunu ifadə edib.
Armenpress-ə istinadla xəbər verilir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Şanxay Əməkdaşlıq Təşkilatının əsas prinsiplərini, yəni ərazi bütövlüyü, güc tətbiq etməmək və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib".
Hazırda ŞƏT-in 10 üzvü var: Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, İran və Belarus.
Mənbə: yenisabah.az