Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi ərazilərin adını çəkib.
Zelenski bu haqqda özünün teleqram kanalında danışıb.
Ukrayna lideri bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşüb və o, cəbhədəki vəziyyətlə bağlı ona məruzə edib. Ali Baş Komandan qeyd edib ki, bir çox ərazilərdə vəziyyət ağır olaraq qalır.
“Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kramatorsk, Limansk və Kursk istiqamətlərindədir”, - Zelenski qeyd edib.
Mənbə: qafqazinfo.az