Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısı seçilməzdən əvvəl iki dəfə Azərbaycana səfər edib. Bu səfərlərdən biri 2017-ci ilin iyun ayında baş tutub.
Bizim.Media xəbər verir ki, Zelenski həmin vaxt Qəbələdə keçirilən 12-ci “Veselo” Yumor və Musiqi Festivalında “Kvartal-95” yumor qrupunun tərkibində səhnəyə çıxaraq azərbaycanlı tamaşaçıların qarşısında çıxış edib.
Qəbələnin təbiətinə heyran qaldığını bildirən Zelenski Azərbaycanın gözəllikləri və insanlarının qonaqpərvərliyi barədə yüksək fikirlər səsləndirib.
Səfəri zamanı o, həmçinin Qobustan qaya rəsmlərini ziyarət edib və Azərbaycanın qədim tarixindən təsirləndiyini qeyd edib.
Fotolardan da göründüyü kimi, Zelenski Qəbələdə dostları ilə birlikdə dincələrək əyləncəli anlar yaşayıb, yerli mətbəxin ləzzətlərini dadıb və Qəbələnin təbii gözəllikləri fonunda xatirə şəkilləri çəkdirib. Xüsusilə Vəndam kəndində çəkilən şəkillər və şirniyyatla dolu əyləncəli anlar sosial mediada maraqla qarşılanıb.
Qeyd edək ki, Volodimir Zelenski Ukrayna Prezidenti seçildikdən sonra 18 dekabr 2019-cu ildə Azərbaycana rəsmi səfər də həyata keçirib. (Musavat.com)
Mənbə: bizim.media