İran Hindistan və Pakistan arasındakı gərginliyin aradan qaldırılması üçün vasitəçi kimi öz xidmətlərini təklif edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb:
"Hindistan və Pakistan çoxəsrlik mədəni və sivilizasiyalara söykənən əlaqələrə malik olan İranın qardaş qonşularıdır. Digər qonşular kimi, biz də onları özümüz üçün əsas prioritet hesab edirik".
Qeyd edək ki, Kəşmirdəki terror aktından sonra ölkələr arasında gərginlik artıb. Hindistan tərəfi baş verənlərə görə Pakistan hakimiyyətini günahlandırır. Aprelin 22-də naməlum silahlı şəxslər Kəşmirin Baysaran vadisində turistlərə atəş açıb. Hücum nəticəsində 25-dən çox turist həlak olub. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən Leşkər-e-Tayyiba (LeT) təşkilatı öz üzərinə götürüb.
Mənbə: bizim.media