Ərdoğandan “erməni soyqırımı” açıqlaması - “Keçmişin acı xatirələri…”

Ərdoğandan “erməni soyqırımı” açıqlaması -

“Birinci Dünya müharibəsinin çətin şərtlərinə görə həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə yad edir, nəvələrinə bir daha başsağlığı diləyirəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, keçmiş xatirələr bu günü və gələcəyi əsir almamalıdır:

“Osmanlı İmperiyasının son dövrlərində baş verən üsyanlar, müxtəlif qruplaşmaların aktivliyi, silahlı şəxslərin eydiyi basqınlar və yolxucu xəstəliklər səbəbindən itirdiyimiz canların ağrılarını hələ də ürəyimizdə hiss edirik. Lakin keçmişin acı xatirələri bu günümüzü və gələcəyimizi əsir almamalıdır. 86 milyon olaraq gələcəyimizi birlikdə inşa etməli olduğumuzun fərqindəyik. Erməni icmasının keçmişdə yaşadığı ağrıları səmimiyyətlə paylaşıram. Tarixdən düşmənçilik yaratmağa və aramızdakı möhkəm körpüləri, əlaqələri dağıtmağa cəhd edənlər indiyədək məqsədlərinə çatmayıblar. Ölkəmizin incəsənət, siyasət, mədəniyyət, təhsil və iqtisadiyyatına töhfə verən erməni vətəndaşlarımız təhlükəsizliyi, rahatlığı digər bütün vətəndaşlarımızda olduğu kimi bizim üçün vacibdir”.

Ayşən Mustafa

Mənbə: globalinfo.az