Kreml Paşinyanın hansı qərar verəcəyini gözləyir

Kreml Paşinyanın hansı qərar verəcəyini gözləyir

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək qərarını açıqlayacağını gözləyir.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Peskov bir müddət əvvəl Kremlin Paşinyanın Moskvaya səfərinə hazırlaşdığını açıqlamışdı.

Peskov "Vesti" xəbər xidmətinə Paşinyanın MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakı ilə bağlı suala cavab olaraq bildirib: "Biz hələ bunu bilmirik, bu barədə Paşinyandan soruşmalı olacağıq. Düşünürəm ki, o, Moskvada olanda qeyri-rəsmi sammitdə iştirak edib-etməyəcəyini açıqlayacaq".

Mənbə: www.bakupost.az