İtaliya Ukraynaya 20-yə qədər Eurofighter qırıcısı verə bilər

İtaliya Ukraynaya 20-yə qədər Eurofighter qırıcısı verə bilər

İtaliya hərbi yardım çərçivəsində Ukraynaya 10-20 ədəd Eurofighter qırıcı təyyarəsi təhvil verə bilər.

Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, “İtaliya hökuməti iki ölkənin hökumətləri arasında 10-20 ədəd Eurofighter qırıcısının tədarükü ilə bağlı artıq aparılan danışıqların dayandırılmasını nəzərdən keçirmir”.

Qəzetin məlumatına əsasən, Ukraynanın Liviyanın ərazi sularında Rusiyaya məxsus korvetə hücum etməsi ilə bağlı xəbərlər İtaliya hakimiyyətində ciddi narahatlıq yaradıb.

Buna baxmayaraq, Roma Kiyevə yaxın zamanda təsdiqlənmiş hərbi yardım paketini geri götürmək və döyüş təyyarələrinin təhvil verilməsi ilə bağlı danışıqları dayandırmaq niyyətində deyil.

Mövsüm

Mənbə: www.aznews.az