Rusiya Prezidenti Vladimir Putin Çin və ABŞ liderləri ilə görüşünü “diplomatiya tarixində səhifə” adlandırıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, V.Putin bu barədə Çində mətbuat konfransında çıxışı zamanı deyib.
O, görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayıb: “Bundan əvvəl belə görüşlər olmayıb, budur bu, baş tutdu”.
Xatırladaq ki, bu gün Çində Vladimir Putin, Çin və ABŞ prezidentləri Si Cinpin və Donald Tramp arasında ilk üçtərəfli görüş keçirilib. Mətbuata qapalı keçirilən görüşün yekununda “Rusiya, Çin və ABŞ dövlət başçılarının sülh haqqında Bəyannaməsi” adlı sənəd qəbul edilib.
Mənbə: qafqazinfo.az