Rusiya, Çin və ABŞ beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasında aparıcı rol oynayır.
Bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
O, Çinin Şençjen şəhərində üç ölkə arasında keçirilən görüşü müsbət qiymətləndirib.
Medvedyev qeyd edib ki, üç dövlət beynəlxalq və Avropa təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılmasında, silahlara nəzarətdə və iri regional münaqişələrin tənzimlənməsində aparıcı mövqeyə malikdir.
Onun sözlərinə görə, Avropa liderləri isə qərarların qəbuluna təsir göstərən tərəflər sırasından özlərini kənarlaşdırıblar.
Müəllif: Roza
Mənbə: publika.az