Çin, ABŞ və Rusiyanın liderləri üçtərəfli görüşdə dünyada sülhün qorunması və böyük dövlətlər arasındakı münasibətlərdə strateji sabitliyin təmin edilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar.
Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
XİN rəsmisi vurğulayıb ki, bu 3 ölkə dünya antifaşist müharibəsində qələbə qazanmaq üçün çiyin-çiyinə vuruşub:
“Mövcud şəraitdə bu 3 ölkə qlobal çağırışların həlli, həmçinin dünyada sülhün və sabitliyin təşviqi istiqamətində birgə fəaliyyət göstərmək üçün mühüm məsuliyyət daşıyırlar”.
Onun sözlərinə görə, əlaqələrin gücləndirilməsi, fikir ayrılıqlarının idarə olunması və sabit münasibətlərin qorunub saxlanılması hər üç ölkənin maraqlarına uyğundur:
"Bu, həm də beynəlxalq ictimaiyyətin gözləntisidir və qlobal sabitliyə, eləcə də dialoq və əməkdaşlığa töhfə verir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Szzinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Mənbə: www.bakupost.az