İranın minlərlə dron və raketindən yalnız üçü hədəfə çatıb - Tramp

İranın minlərlə dron və raketindən yalnız üçü hədəfə çatıb - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarının böyük əksəriyyətinin qarşısının alındığını iddia edib.

Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Onun sözlərinə görə, fevralın 28-də başlayan “Epic Fury” əməliyyatından bəri İran 8-9 min birtərəfli hücum dronu və təxminən 2 min ballistik raket buraxıb. Tramp iddia edib ki, dronlardan yalnız ikisi, raketlərdən isə biri hədəfə çataraq ABŞ hərbçilərinin ölümünə səbəb olub.

ABŞ lideri İranın raket və dronlarının 99,99 faizinin zərərsizləşdirildiyini və ya ABŞ hərbçilərinin ölümünə səbəb olmadığını bildirib.

Mənbə: publika.az